Bakı. Trend:
Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisinsədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətiaprelin 4-də Daşkənddə Heydər Əliyev Meydanında olub.
Trend MilliMəclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, spiker SahibəQafarova və nümayəndə heyətinin üzvləri meydanda ucaldılan HeydərƏliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələridüzüblər.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri zamanıAzərbaycan və Özbəkistan dövlət başçılarının iştirakı ilə HeydərƏliyev Meydanının açılışı olub. Bu meydanın yaradılması dost vəqardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindənxəbər verir.
Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqlarıərazidə yerləşən meydanın ətrafındakı binalar abadlaşdırılıb,ərazisi tamamilə yenidən qurulub. Burada yaşıllıq salınıb,sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.