AZ

Almaniyadakı diaspor fəalı Azərbaycan əleyhinə olan filmə etiraz edib

Bakı. Trend:

Almaniyada yaşayan beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgərhəmin ölkəyə məxsus “DW Documentary” internet kanalının Azərbaycanəleyhinə hazırladığı sənədli filmə etiraz olaraq, ARD və ZDFteleviziyalarına məktub ünvanlayıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, o, "Ermənistanın Qafqazda torpaq və kimlikuğrunda mübarizəsi" adlı proqramda birtərəfli yanaşmanın ortayaqoyulduğunu, Ermənistan və onun havadarlarına istinadən çoxlu saydadezinformasiyadan istifadə edildiyini bildirib.

Ekspert bu cür yanaşmaların iki ölkə arasında sülh müqaviləsininrazılaşdırıldığı bir vaxtda separatçıların yenidən fəallaşmasınasəbəb ola biləcəyini qeyd edib.

Bundan əlavə, torpaqlarımızın işğalından, Xocalı soyqırımından,Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından qovulmuş 1 milyondançox azərbaycanlıdan və ölkəmizə vurulan 100 milyardlarla ziyandannə üçün bəhs edilmədiyi sualını verib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını ermənitapdağından azad etməsinin haqq-ədalət prinsiplərinə əsaslandığınıbildirərək, işğalçı tərəfin birmənalı şəkildə Ermənistan olduğunuvurğulayıb.

Məktubun sonunda anti-Azərbaycan mövqeyinin sərgiləndiyi filminyayımlanmasına görə üzrxahlıq tələb edilib.

Seçilən
30
az.trend.az

1Mənbələr