Bakı. Trend:
Aprelin 4-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə vəAzərbaycan Hərb Tarixi Muzeyində aprel döyüşlərinin 9-cu ildönümünəhəsr olunmuş anım tədbirləri keçirilib.
Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, tədbirlərdə dövlət qurumlarınınnümayəndələri, hərbi qulluqçular, Aprel döyüşlərindəsağlamlıqlarını itirən şəxslər, ictimaiyyət və media nümayəndələriiştirak ediblər.
Tədbirlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizinmüstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidolanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi vəAzərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi iləbaşlayıb.
Çıxış edənlər Aprel döyüşlərinin hərbi-siyasi və stratejiəhəmiyyətindən danışıb, qazanılan qələbənin 2020-ci ildəki böyükZəfərə aparan yolun əsas başlanğıcı olduğunu qeyd ediblər. Budöyüşlərin Azərbaycan Ordusunun gücünü və xalqın dəstəyini bütündünyaya nümayiş etdirdiyi diqqətə çatdırılıb. Döyüşlərdə AzərbaycanOrdusunun şücaəti, hərbi qulluqçularımızın fədakarlığı xüsusi qeydolunub.
Bildirilib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşməntəxribatının qarşısını alaraq, işğal altındakı mühüm yüksəklikləriazad edib və bununla da xalqımızın torpaqlarımızın tam azadediləcəyinə olan inamını daha da artırıb.
Şəhidlərimizin xatirələrinin daim xalqımızın yaddaşında qalacağıxüsusi əminliklə qeyd olunub. Tədbirlərin bədii hissələrindəvətənpərvərlik ruhunda musiqilər, şeirlər səsləndirilib.
Aprel döyüşlərinin 9-cu ildönümü ərəfəsində şəhidlərimizinməzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərəkxatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.