Bu gün 1-ci liqada 20-ci tura yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
Lider "Qəbələ" 4-cü pillədəki "Bakı Sportinq"in qonağı olub. Əyalət təmsilçisi 5:0 hesabı ilə qələbə qazanaraq növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib. Onların mövsümü ən azı ilk 3-lükdə başa vuracağı qətiləşib.
Onların mövsümü ən azı ilk "üçük"də başa vuracağı qətiləşib. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, növbəti mövsümdən 1-ci liqadan premyer-liqaya 3 komanda yüksələcək.
Digər oyunda "İmişli"MOİK-i sınağa çəkib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.