AZ

Azərbaycanda bu universitetin binası SÖKÜLƏCƏK

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası söküləcək.

Publika.az xəbər verir ki, bu, "Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlıdır.

Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur. Amma "Dərnəgül" elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan ABU-nun həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur.

Ola bilər ki, köçürüləcəyi rəsmi şəkildə açıqlanan yaşıllğın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da ABU-nun binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf-a açıqlamasında bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək.

Seçilən
60
2
publika.az

10Mənbələr