İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının təbliğat aparatının əsas nümayəndələrindən birini məhv etməyə müvəffəq olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrail tərəfinin fikrincə, öldürülən Məhəmməd Saleh əl-Bərdəvili sistemli şəkildə yalan məlumatlar yayır, mediadan psixoloji terror aləti kimi istifadə edirdi.
"İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hərbi qanadında təbliğat və psixoloji terrora rəhbərlik edən terrorçu Məhəmməd Saleh əl-Bərdəvili öldürüb. Əl-Bərdəvil HƏMAS-ın təbliğat aparatında mərkəzi rol oynayıb", - İsrail Müdafiə Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, təmizlənmiş şəxs Həmas terror təşkilatı tərəfindən yayılan, Qəzzada oğurlanmış israilliləri əks etdirən kinli təbliğat videolarının yaradılmasında fəal rol oynayıb.