AZ

Azərbaycan klubu adını DƏYİŞDİ

I Liqanın iştirakçıları sırasında yer alan MOİK adını dəyişib.

Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyinin (MN) tabeliyində olan klub bundan sonra «Ordu» adlanacaq.

«Hərbiçilər» artıq bu barədə PFL-i məlumatlandırıb. Dəyişikliyə səbəb Mərkəzi Ordu İdman Klubunun yenidən təşkilatlanma dövrünə qədəm qoymasıyla əlaqədardır. Belə ki, MN-nin nəzdində fəaliyyət göstərən klub rəhbərliyini dəyişəndən sonra yeni strategiya müəyyənləşdirib.

«Ordu» artıq 3 komanda idman növünə üstünlük verəcək. Bura futbolla yanaşı, basketbol və voleybol daxildir. Klub indiyədək bir dəfə də adını daşıyıb. 30 il öncə fəaliyyətə başlayan «hərbiçilər» 2005-ci ildə Ordu İdman Klubundan Mərkəzi Ordu İdman Klubuna çevrilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
52
bizim.media

1Mənbələr