AZ

Dünyanın ən güclü tennisçilərinin tələbi - mükafat fondu artırılsın

Kişilər və qadınlar arasında dünyanın ən güclü tennisçiləri "Böyük Dəbilqə" yarışlarında mükafat fondunun artrılmasını tələb ediblər.

İdman.biz xəbər verir ki, tanınmış raketka ustaları bununla bağlı 4 əsas yarışın rəhbərliyinə imzalanmış məktub ünvanlayıblar.

Qadınlar arasında Arina Sabalenka, Koko Qauff, İqa Şvyontek, Jessika Pequla, Medison Kiz, Jasmine Paolini, Emma Navarro, Çjen Sinven, Paula Badosa və Mirra Andreyeva sənədə imza atıblar.

Kişilər arasında isə Yannik Sinner, Novak Cokoviç, Aleksandr Zverev, Karlos Alkaras, Taylor Fritz, Kasper Ruud, Daniil Medvedev, Andrey Rublev, Stefanos Tsitsipas və Aleks de Minaur məsələ ilə bağlı etiraz ediblər.

İdman.biz

Seçilən
26
idman.biz

1Mənbələr