Naxçıvan, 4 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 5,2 kilometr olan Şərur şəhərdaxili avtomobil yolunda əsaslı təmir işləri aparılır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı genişləndirilir.
Qeyd edək ki, aparılan təmir işləri çərçivəsində avtomobil yoluna 2 qat asfalt örtüyü döşənəcək. Məqsəd ilin bütün fəsillərində vətəndaşların və avtomobillərin rahat hərəkətini təmin etməkdir.