AZ

Niko Kovaç “Borrussiya”dakı fəaliyyətini şərh etdi

Xorvat mütəxəssis Niko Kovaç yeni təyin edildiyi Dortmund “Borrussiya”sının sükanı arxasındakı fəaliyyətini şərh edib.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, xorvat mütəxəssisin müvafiq qənaətini təqdim edir:

– Siz 60 gündən arıtqdır ki, öz vəzifənizdəsiniz. Ümumi təəssüratınız necədir?
– Bizim üzləşdiyimiz vəziyyət aşkar surətdə kluba xoş gələn bir hal deyil. Biz yarış cədvəlindəki vəziyyətimizi heç də xeyli yaxşılaşdırmamışıq. Gözləntilər çox yüksəkdir, amma səmərə o qədər də yüksək deyil. İndi biz, ixtiyarımızda olan vaxt hesabına bu vəziyyəti azacıq düzəltməyə çalışmışıq. Biz hələ arıdıcıllığa malik deyilik, sabitliyimiz yoxdur. Ancaq bəzi sahələrdə mən tərəqqi görürəm.

Bizim, həqiqətən də xallarımız əskikdir. Biz daha bir neçə xal da toplamaq istərdik. Ola bilsin ki, biz oyunda qüvvələrin nisbəti baxımından onlara layiq olmuşuq, amma təəssüf ki, bu, belə deyil. Ancaq buna rəğmən, təəssüratım onsuz da müsbətdir. Biz hesab edirik ki, burada çox şey mümkündür və çox şey gerçəkləşdirilə bilər.

53 yaşlı xorvat mütəxəssis Niko Kovaç “Borussiya”nın sükanı arxasına cari ilin fevral ayında gətirilib. Kovaç türk mütəxəssis Nuri Şahini əvəzləyib. Kovaç Dortmund klubu ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Bu müddətdə Kovaç “Borussiya”nı 11 oyuna çıxarıb, 5 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət yaşayıb. Topların fərqi isə 18:10 nisbətindədir.

27 oyundan 38 xalla “Borussiya” Almaniya Bundesliqasının yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Bundan başqa, Kovaçın “Borussiya”sı Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb və burada Kataloniya nəhəngi “Barselona”ya rəqib olub.

Seçilən
72
arena.az

1Mənbələr