Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində 190-dan çox hərbçisini itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukrayna qüvvələri həmçinin bir tank, bir zirehli transportyor, üç döyüş zirehli texnikası, yeddi maşın, üç artilleriya silahı, bir minaatan və səkkiz pilotsuz uçuş aparatının idarəetmə məntəqəsini itirib.
Ümumilikdə, Kursk istiqamətində aparılan hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələri 71940-dan çox hərbçi, 404 tank, 330 piyada döyüş maşını (PİD) və digər texnikasını itirib.