Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ulduz” ədəbiyyat dərgisinin layihəsi davam edir.
Mia.az xəbər verir ki, "Ulduz"lu görüşlər" çərçivəsində bu dəfə yazıçı, ssenarist və tərcüməçi Əyyub Qiyasla Azərbaycan Universitetinin tələbələri bir araya gəliblər.
Qonaq yazıçının "Qara işıq", "Sonuncu büt" romanları və "İtvuran" hekayələr kitabı ətrafında geniş fikir mübadiləsi aparılıb.