“Əslində, çətin oyun olmadı. NTD kubok matçlarından sonra yorğun idi. 10 gün ərzində 3 matç oynadılar".
İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya deyib.
O, Azərbaycan Basketbol Liqasının son turunda NTD üzərində 103:77 hesablı qələbəni şərh edib: Yorğunluq istər-istəməz var idi, bir az da pley-off matçları üçün heyətlərini qorudular. Biz də çox rotasiya etdik. Normalda mövsüm sonunda bu cür matçlar oynanılır. Pley-off-da uğurlu olmaq üçün əlimizdən gələni edəcəyik. Mövsüm bizim üçün çox da yaxşı olmadı. Yaxşı oyunçularımızın bir çoxu zədələndi. Komandanın özəyini dəyişdirmək üçün çox transfer etdik. Düşünürəm ki, pley-offun ikinci hissəsinə qədər komandamız tam uyğunlaşar. Pley-off-da sona qədər mübarizə aparacağıq”.
İdman.biz