Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu gün A qrupu çərçivəsində müntəzəm mövsümün sonuncu turu çərçivəsində iki qarşılaşma baş tutub.
Hər iki matç eyni saatda başlayıb. Autsayderlər “Sərhədçi” ilə NTD 5-ci yer uğrunda duelə çıxıblar. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Turnir cədvəlindəki mövqeləri dəqiqləşən “Abşeron”la “Neftçi” formal oyunda üz-üzə gəliblər. “Ağ-qaralar” oyuna yaxşı start veriblər. Sonadək üstünlüyü qoryan “Neftçi” 8 xal fərqi ilə qalib gəlib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
A qrupu, 20-ci tur
4 aprel
“Sərhədçi” – NTD 103:77 (29:14, 24:23, 25:19, 25:21).
Sərhədçi İdman Mərkəzi.
“Abşeron” – “Neftçi” 77:85 (20:22, 20:21, 16:28, 21:14)
Abşeron Olimpiya İdman Kompleksi.
Xallar: Sabah – 34. Naxçıvan – 31. Neftçi – 29. Abşeron – 27. NTD – 25. Sərhədçi – 25.