Kişilər arasında Azərbaycan Basketbol Liqasında XX tur davam edir.
Bizim.Media xəbər verir ki, bu gün A qrupunda son turun iki görüşü keçirilib. Hər iki matç eyni saatda başlayıb.
Autsayderlər “Sərhədçi” ilə NTD 5-ci yer uğrunda duelə çıxıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Turnir cədvəlindəki mövqeləri dəqiqləşən “Abşeron"la “Neftçi" formal oyunda üz-üzə gəlib.
"Ağ-qaralar" oyuna yaxşı start veriblər. Sonadək üstünlüyü qoryan "Neftçi" 8 xal fərqi ilə qaalib gəliblər.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XX tur, A qrupu
4 aprel
19:00. “Sərhədçi” – NTD - 103:77 (29:14, 24:23, 25:19, 25:21)
Sərhədçi İM
19:00. “Abşeron" – “Neftçi" - 77:85 (20:22, 20:21, 16:28, 21:14)
Abşeron OİK
1 Sabah 19 15 4 34
2 Naxçıvan 19 12 7 31
3 Neftçi 19 10 9 29
4 Abşeron 19 8 11 27
5 NTD 19 6 13 25
6 Sərhədçi 19 6 13 25
Rəşad Rafiqoğlu, Bizim.Media