Yazını böyüt
Yazını kiçilt
Rusiya Ukraynanın Krivoy Roq şəhərini ballistik raketlərlə vurub.
Hafta.az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla məlumat verir ki, raket yaşayış massivinə düşüb.
Hadisə nəticəsində 14 nəfər həlak olub, onlardan 6-sı uşaqdır. 50-dən çox insan isə xəsarət alıb. Güclü partlayış dalğası ən azı beş evə ziyan vurub, pəncərələrin sındığı, avtomobil və qarajların yandığı bildirilir.