Oqtay Abdullayev “Football-plus.az”a açıqlamasında AFFA-nın da sağlımlıq durumunda problem yaranan mütəxəssisə yardım edəcəyinə inandığını demişdi. Bəs, qurum indiyə qədər bu yöndə hansısa addım atıbmı?
Bunu öyrənmək məqsədilə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik:
“Parkinson”dan əziyyət çəkən şəxslər xüsusi müacilə mərkəzlərində müalicə olunur. Futbol Veteranları Birliyinin sədri Oqtay Abdullayev Əfqan Talıbovla əlaqədədi. Onlar aprelin 17-də müalicə mərkəzində qəbulda olacaqlar. Müayinələrdən sonra rəsmi sənəd əsasında xərclərin nə qədər olduğu bilinəcək. Bundan sonra AFFA lazımi maddi yardımı edəcək”.
KƏNAN BAHADIR