Bakı. Trend:
Norveçin "Equinor" şirkəti 2024-cü ildə Azərbaycana 91 milyondollar sərmayə qoyubsa, 2023-cü ildə bu rəqəm 120 milyon dollarolub.
Bu barədə Trendşirkətin məlumatlarına istinadən xəbər verir.
Beləliklə, investisiyaların həcmi illik müqayisədə 24 faizdənçox azalıb.
Şirkətin Azərbaycandakı gəliri 2023-cü ildəki 351 milyondollardan 2024-cü ildə 188 milyon dollara qədər azalıb ki, bu da46,4 faiz azalma deməkdir.
Xatırladaq ki, 2023-cü il dekabrın sonunda Azərbaycan DövlətNeft Şirkəti (SOCAR) “Equinor”un “Azəri-Çıraq-Günəşli” və “Qarabağ”layihələrində, həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindəkipayını alıb.
Razılaşma 2024-cü ilin noyabrında tamamlandı.
Razılaşmadan əvvəl "Equinor" AÇG neft yataqlarında 7,27 faiz,BTC boru kəmərində 8,71 faiz və "Qarabağ" yatağında 50 faiz payasahib olub. Bundan əvvəl SOCAR AÇG-də 25 faiz, BTC-də 25 faiz,"Qarabağ" yatağında isə 50 faiz paya sahib olub.
X: @Lyaman_Zeyn