AZ

Zelenski: "Rusiya ilə danışıqlar qeyd-şərtsiz atəşkəsdən sonra mümkündür"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların müharibədə qeyd-şərtsiz atəşkəsdən sonra mümkün olacağını bildirib.

Zelenski Kiyevdəki ofisində Fransanın Baş Qərargah rəisi Thierry Burkhard, Britaniya Baş Qərargah rəisi Toni Radakini və ölkəsində danışıqlar aparan Ukrayna ordusunun yüksək rütbəli rəsmilərini qəbul edib.

Operativ Media xəbər verir ki, Zelenski görüşdən sonra mətbuat konfransı keçirib və burada atəşkəs olacağı təqdirdə Ukraynanın təhlükəsizliyinə təminat verilməsi və ölkədə sülhməramlı kimi xarici qoşunların mümkün yerləşdirilməsi kimi məsələlər müzakirə edilib.

İclasda müzakirə olunan mövzularla bağlı çox məlumat paylaşmayacağını deyən Zelenski, "Çox təfərrüatları açıqlaya bilmərəm, çünki bu, yalnız başlanğıcdır, lakin bu işin dərin başlanğıcıdır" deyə vurğulayıb.

Zelenski iki ay əvvəl məsələ üzərində işə başladıqlarını xatırladıb və bu prosesin daha bir ay çəkə biləcəyini bildirib.

Ukrayna üçün təhlükəsizlik təminatlarının yaradılması prosesində yalnız üç ölkənin iştirak etməyəcəyini qeyd edən Zelenski, “Bu, koalisiya olacaq” deyə qeyd edib.

Seçilən
20
1
operativmedia.az

2Mənbələr