Bakı. Trend:
ABŞ seysmoloqları Papua-Yeni Qvineyada baş verən zəlzələdənsonra sunami təhlükəsi barədə xəbərdarlıq ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli SunamiXəbərdarlığı Mərkəzinin saytında bildirilib.
Qeyd edək ki, aprelin 4-ü axşam saatlarında Yeni Britaniyabölgəsinin Papua-Yeni Qvineyanın sahillərində 7,1 bal gücündəzəlzələ baş verib. Zəlzələnin episentri 49 km dərinlikdə yerləşib.Mümkün dağıntılar və tələfatlar barədə hələlik məlumatverilməyib.