AZ

BMT-də Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib

Bakı. Trend:

Aprelin 4-də Azərbaycanın BMT yanında Daimi NümayəndəliyiBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə BMT-ninNyu-Yorkdakı mənzil-qərargahında “Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlıbrifinq keçirilib.

Bu barədə Trend Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinəistinadən xəbər verib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT daiminümayəndəsi, səfir Tofiq Musayev otuz illik erməni işğalınınAzərbaycanda minalarla çirklənməsinin ciddi təsirini və minatəhlükəsinin aradan qaldırılması üçün birgə səylərin vacibliyinivurğuladı. Açılış nitqindən sonra Azərbaycanın minatəmizləmətəşəbbüslərini nümayiş etdirən, çirklənmənin miqyasına vəminatəmizləmə səylərində beynəlxalq dəstəyə təcili ehtiyacaaydınlıq gətirən bir sıra qısa videoçarxlar təqdim olundu.

Daha sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarəHeyətinin sədri Fərid Şəfiyev Azərbaycan ərazilərinin Ermənistantərəfindən işğalından sonra qalan minalarla çirklənmənin miqyasını,habelə mina və partlamamış hərbi sursatların yaratdığı çağırış vətəhlükələrin aradan qaldırılması üçün hökumətin səylərini əksetdirən təqdimatla çıxış edib. O, Azərbaycan RespublikasıƏrazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) həyatakeçirdiyi işlər barədə məlumat verib, hökumətin həm milli, həm dəbeynəlxalq səviyyədə həyata keçirdiyi təşəbbüsləri diqqətəçatdırıb.

Müzakirə panelində nüfuzlu ekspertlər, o cümlədən BMT-ninMinalardan Təmizləmə Xidmətinin direktor müavini Rita QunaratiLubis, qlobal minalarla mübarizə strategiyaları və BMT-nin zərərçəkmiş ölkələrə dəstək rolu haqqında məlumat verən AzərbaycanRespublikası Xarici İşlər Nazirliyinin Hərbi və Siyasi MəsələlərDepartamentinin rəhbəri Anar Mütəllimov, BMT İnkişaf ProqramınınBöhranlara Hazırlıq, Cavab və Bərpa Qrupunun rəhbəri DevanandRamiah, "Marshall Legacy" İnstitutunun icraçı direktoru Elise Bekerdə iştirak ediblər.

Müzakirələrdən sonra İtaliya, Kamboca, Pakistan, Nikaraqua,Türkiyə, Laos, Venesuela, Norveç, Xorvatiya və Kolumbiyanın daiminümayəndəliklərinin səfirləri və nümayəndələri, həmçinin İslamƏməkdaşlıq Təşkilatının (İƏT) Daimi Müşahidəçisinin mövzu ilə bağlıfikirlərini bölüşüblər.

BMT-də
BMT-də
BMT-də
Seçilən
68
2
az.trend.az

1Mənbələr