AZ

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

2025-ci ilin yanvar ayında Türkmənistandan Azərbaycana 42 milyon 640.16 min kubmetr təbii qaz idxal olunub.

Valyuta.Az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3.7 dəfə və ya 73.5% daha azdı. 2024-cü ilin yanvar ayında bu göstərici 161 milyon 309.35 min kubmetr olub. 

İdxala xərclənən vəsait də 24 milyon 196.4 min dollardan 6 milyon 396.02 min dollara düşərək təxminən 73.6% azalma göstərib. 

Sözügedən dövrdə Azərbaycanın qaz ixracında isə artım müşahidə olunub.  

Belə ki, cari ilin ilk ayında Azərbaycandan 6 ölkəyə toplamda 2 milyard 338 milyon 620.78 min kubmetr qaz nəql olunub. 2024-cü ilin eyni dövründə isə bu göstərici 1 milyard 931 milyon 879.69 min kubmetr olub. 

Təbii qazın ixracından əladə edilən gəlir də 739 milyon 790.78 min dollardan 870 milyon 082.68 min dollara yüksələrək təxminən 17.6% artım göstərib. 

Daha detallı şəkildə aşağıdakı cədvəldən məlumat əldə edə bilərsiniz:

Ölkə həcm (min kubmetr) dəyər (min ABŞ dolları)
1   Gürcüstan 296278.09 37093.52
2   Serbiya 34745.29 16689.74
3   Türkiyə 875811.54 253295.5
4   Bolqarıstan 160275.22 61803.25
5   İtaliya 891323.34 457 532.06
6   Yunanıstan 80187.3 43 668.61

Rəhim 

Seçilən
110
valyuta.az

1Mənbələr