AZ

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin SİYAHISI

Prezident İlham Əliyev ötən il dekabrın 23-də imzaladığı ?Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında? Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanıb Prezidentə təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb.

Banker.az ?AzPolitika?ya istinadla xəbər verir ki, Sərəncamda göstərilən müddətdə Nazirlər Kabineti təklifləri hazırlayaraq ölkə başçısına göndərib. Beləliklə, yaxın zamanlarda Azərbaycanda aşağıdakı müavinətlərin və təqaüdlərin artırılacağı gözlənilir.

Dövlət qulluqçularına ömürlük müavinət

İnzibati və yardımçı dövlət qulluğu vəzifəsində minimum, yəni 15 il dövlət qulluğu stajı olmayan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda, onların əmək pensiyası almaq hüququ olmadıqda dövlət tərəfindən bu şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq müavinət ödənilir.

Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq məvacibinin 15 faizini təşkil edir. Müavinət ömürlük təyin olunur,

Seçilən
64
banker.az

1Mənbələr