AZ

Sovetin qanlı mirasından strateji əməkdaşlığa: Mərkəzi Asiyada düzən belə dəyişir

Mərkəzi Asiya dövlətləri aralarındakı problemləri həll etməkdədirlər. Bir zamanlar az qala müharibə həddində olan region dövlətləri indi tarixi adlandırılan sazişlərə imza atırlar. Ən əsası, bu münasibətlər üçüncü tərəfin iştirakı olmadan həyata keçirilir.

Xücənd bəyannaməsi

Beləliklə, Daşkəndlə Bişkek arasında tarixi sərhəd razılaşmasının ardınca, Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev üç ölkənin sərhədlərinin kəsişmə nöqtəsi haqqında müqavilə və əbədi dostluq haqqında Xücənd bəyannaməsini imzalayıblar.

Mərkəzi Asiyanın üç respublikasının sərhədlərinin kəsişməsi Fərqanə vadisində - Tacikistanın Soqd, Özbəkistanın Fərqanə və Qırğızıstanın Batken vilayəti arasındakı nöqtədə yerləşir. Bu ərazidə ilk inzibati sərhədlər sovet hakimiyyəti tərəfindən 1920-1930-cu illərdə təsərrüfat və etnoqrafik reallıqlar nəzərə alınmadan cızılmışdı.Ümumi tanınmış, hüquqi təsbit edilmiş xətt mövcud deyildi. Qırğızıstan, Tacikistan və Özbəkistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra sərhədin demarkasiyası haqqında sazişin və dəqiq işarələrin olmaması xəritələrdə mübahisəli sahələrin yaranmasına gətirib çıxardı. Regionda səkkiz anklavın mövcudluğu vaxtaşırı silahlı münaqişələrə səbəb olurdu.

Özbəkistan və Qırğızıstan sərhədin bütün mübahisəli sahələrini 2021-ci ilin martında razılaşdıra biliblər. Paralel olaraq Daşkənd və Düşənbə arasında sərhəd məsələləri üzrə dialoq aparılırdı. 2016-cı ildə Özbəkistanda Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə danışıqlar aktivləşdi və iki ölkənin sərhədlərinin delimitasiyası 2018-ci ildə başa çatdı, bundan sonra xüsusi qruplar demarkasiyaya başladılar.

Üçtərəfli əməkdaşlığı genişləndirəcəklər

Sənədlərin imzalanması Tacikistanın şimalında Soqd vilayətinin inzibati mərkəzi olan Xücənddə üç dövlət liderinin ilk sammitində baş tutub. Əsas problemin həlli fonunda dövlət başçıları üçtərəfli əməkdaşlığı genişləndirəcəklərinə söz verərək Əbədi Dostluq haqqında Xücənd Bəyannaməsini imzalayıblar. Liderlər Soqd, Batkən və Fərqanə vilayətlərinin sərhədində Tacikistan, Qırğızıstan və Özbəkistan xalqlarının dostluğunu simvolizə edən "Dostluq kompleksi"ni də açıblar. Həmçinin 2024-cü ilin aprelində imzalanmış Özbəkistan və Tacikistan arasında müttəfiqlik müqaviləsi də qüvvəyə minib. Özbəkistanın Qırğızıstanla da oxşar müqaviləsi var. Tacikistan və Qırğızıstan öz enerji sistemlərini birləşdiriblər. İki dövlətin başçıları CASA-1000 layihəsi çərçivəsində Suqd-Datka elektrik ötürücü xətlərini də işə salıblar.

Sərhəd məsələsinin tənzimlənməsi həm region, həm də Tacikistan və Qırğızıstan arasındakı münasibətlər üçün çox əhəmiyyətli hadisədir. Xücənddə aparılan danışıqların və əldə edilən razılaşmaların ikinci mühüm əhəmiyyəti odur ki, indi tərəflər əməkdaşlığı daha intensiv və problemsiz inkişaf etdirə biləcəklər.

Mirziyoyevin ən böyük uğuru

Seçilən
165
1
publika.az

2Mənbələr