AZ

Çin hərbi gəmi və təyyarələri Tayvanın su sərhədini pozub

Çin ordusuna aid 12 hərbi təyyarə və 6 hərbi gəminin Tayvanın sahil sularında olduğu müəyyən edilib.

APA xəbərinə görə, bu barədə məlumat Tayvanın Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşılıb.

Qeyd edilib ki, qırıcılardan 9-u yarımadanın mərkəz xəttini Cənub-Qərb və Şərq hissələrindən keçərək, hava hücumundan müdafiə sistemlərindən yayınmağa müvəffəq olub.

“Bu barədə siqnal daxil olduqdan sonra müvafiq qabaqlayıcı tədbirlər görülüb” – deyə, məlumatda qeyd olunub.

Seçilən
163
1
apa.az

2Mənbələr