AZ

Argentinanın keçmiş prezidenti Zelenskini təlxək adlandırdı

Argentinanın keçmiş prezidenti Kristina Fernandez de Kirşner Ukrayna prezidenti Vladimir Zelenskini Argentinanın hazırkı lideri Xavyer Mayli ilə müqayisə edib. O, X-dəki paylaşımında Kiyev rəhbərini təlxək adlandırıb.

“Oval kabinetdəki təlxək Zelenskinin davranışlarına baxın və ona ehtiyac olmadığı zaman onun başına gələnləri düşünün”, - de Kirşner yazıb.

O, həmçinin Maylini ABŞ prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində keçirilən tədbirə qatıldığı üçün tənqid edib. İki ölkənin prezidenti görüşməyib. Ona görə də de Kirşner Maylinin səfərini mənasız vaxt və pul itkisi adlandırıb.



Tural

Seçilən
24
news365.az

1Mənbələr