Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın MilliPreventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan RespublikasıDövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz MiqrantlarınSaxlanılması Mərkəzinə və Yevlax rayon Müvəqqəti YerləşdirməMərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyatakeçirilib.
Trend xəbərverir ki, bu barədə Ombudsman Aparatının Mətbuat xidməti məlumatyayıb.
Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani vəya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sınınFakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunuəsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilərüçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuşmüraciətlərin araşdırılması, sənədləşmənin aparılması vəziyyətinin,eləcə də ötən il MPQ tərəfindən müəssisələrdə aşkar edilmiş nöqsanvə çatışmazlıqların aradan qaldırılması ilə bağlı görülmüş işlərinvəziyyətinin öyrənilməsi olub.
Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz MiqrantlarınSaxlanılması Mərkəzinə başçəkmə zamanı Ombudsmanın nümayəndələritərəfindən mərkəzin yaşayış binalarına, tibb məntəqəsinə, yeməkxanavə digər obyektlərə baxış keçirilib, mövcud vəziyyət araşdırılıb.MPQ üzvləri tərəfindən mərkəzdə saxlanılan bir qrup miqrant qəbuledilərək konfidensial qaydada dinlənilib. Müəssisədə qəbul edilmişşəxslərin bəzilərinin saxlanma şəraiti və onlarla rəftar məsələləriilə bağlı bir sıra şikayətləri qeydə alınıb, eləcə də tibbi xidmətvə dərman preparatları ilə təminatla bağlı problemlərin olduğu dabildirilib. Başçəkmə zamanı mərkəzdə müvafiq psixoloq ştatınınolmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyidə müəyyən olunub.
Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə keçirilən başçəkməzamanı əvvəllər müəyyən olunmuş bir sıra nöqsanların aradanqaldırıldığı müəyyən olunub. Qeyd olunanlarla yanaşı, başçəkməzamanı müvafiq Daxili İntizam Qaydalarının tələblərinə baxmayaraq,mərkəzdə ixtisasca həkim tibb işçisinin olmadığı, keyfiyyətlipsixoloji yardım işinin təşkili üçün psixoloq otağının zəruriəyani-didaktik materiallarla təchiz olunmasına ehtiyac olduğumüəyyən edilib.
Həyata keçirilmiş başçəkmələrin yekununda müvafiq müəssisələrinrəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqimaarifləndirici söhbətlər aparılıb, rəftar məsələləri və saxlanmaşəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmələrin nəticələri ilə bağlı Dövlət Miqrasiya Xidmətinəmüraciət olunacaq.