Milli Məclisin deputatı şəhid ailəsini ziyarət etdi.
“Yeni Gundem” xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Elnarə Akimova paylaşımında qeyd edib ki, deputatı olduğum ərazinin yeganə Aprel şəhidi Murad Məmmədovdur!
Dünən Hacı Zeynalabdin qəsəbəsinin ərazi dairəsi üzrə nümayəndəsi Lalə Hacıyeva ilə birlikdə şəhidin anım günündə ailəsini ziyarət etdik. XTQ əsgəri Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Ailəsi Muradın uşaqlıq, gənclik xatirələrindən danışdılar. Nişanlı olsa da döyüşə atılan oğullarının vətən sevgisindən öyünərək bəhs etdilər. Biz də öyünürük! Nə yaxşı ki, Murad kimi qəhrəmanlar yetirib bu vətən! Bütün şəhidlərimizin ruhu şad olsun!