AZ

Banklara ən az və ən çox əmanət yerləşdirən regionlar – CƏDVƏL

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuşəmanətlər 14,835 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu –13,1 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 439 minmanatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Dövr ərzində regionlar arasında bankda əmanəti olanlarınsiyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayanəhalinin banklarda 529,3 milyon manat pulu var.

Siyahıda üçüncü yerdə isə 232,2 milyon manat əmanət cəlbi iləGəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdimedirik:

Regionlar üzrə cəlb olunmuş əmanətlər

Regionların adı

Məbləğ (min manat)

Orta % dərəcəsi

Bakı iqtisadi rayonu

13,105,179

4.37%

Abşeron-Xızı iqtisadi rayonu

529,281

6.39%

Gəncə-Daşkəsən iqtisadi rayonu

232,228

6.40%

Quba-Xaçmaz iqtisadi rayonu

141,891

5.68%

Lənkəran-Astara iqtisadi rayonu

129,969

5.62%

Şəki-Zaqatala iqtisadi rayonu

127,470

4.81%

Mərkəzi Aran iqtisadi rayonu

123,423

5.75%

Qazax-Tovuz iqtisadi rayonu

113,540

6.03%

Qarabağ iqtisadi rayonu

91,714

5.00%

Naxçıvan iqtisadi rayonu

75,094

4.13%

Şirvan-Salyan iqtisadi rayonu

71,201

4.54%

Mil-Muğan iqtisadi rayonu

49,885

3.77%

Dağlıq Şirvan iqtisadi rayonu

44,552

5.36%

Şərqi Zəngəzur iqtisadi rayonu

439

3.19%

Cəmi

14,835,866

4.53%

Seçilən
135
2
az.trend.az

3Mənbələr