AZ

Nazirliyin idarə rəisi həbs edildi

Rusiya Müdafiə Nazirliyinin Dövlət Tikintiyə Nəzarət İdarəsinin rəisi Yuri Kojevnikov korrupsiyada şübhəli bilinərək 1 ay 22 sutka müddətinə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi "Telegram" kanalında məlumat verilib.

“Moskvanın Savelovski Rayon Məhkəməsinin qərarı ilə müstəntiqin Yuri Vasilyeviç Kojevnikovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilib”, - nəşr yazır.

Həmçinin qeyd edilib ki, məhkəmə məmurun daha yumşaq həbs-qətimkan tədbirinin seçilməsi tələbini rədd edib.

Seçilən
24
publika.az

1Mənbələr