AZ

İran azərbaycanlı ravvinə qarşı terror hazırlayırmış - "The Washington Post”

Xəbərdə deyilir ki, İslam İnqilabının Keşikçiləri Korpusunun “Sepah-e-Qods” briqadasının zabiti ravvini öldürməsi üçünAslanov soyadlı gürcüstanlı narkotik qaçaqmalçısını ələ alıbmış. Aslanova ravvininfotosu və ətraflı təlimat verilib və “xidmətinə” görə$200.000vəd olunub.

Aslanov İranda “Sepah-e-Qods”un nümayəndələri ilə görüşəndən sonra Azərbaycana qayıdıb vəİsmayılov soyadlı yerlisini ravvini izləmək işinə cəlb edib. Lakin Azərbaycanın təhlükəsizlik orqanları onları həbs ediblər.

Məsələyə münasibət bildirən Şneor Seqal“The Washington Post”abildirib ki,bu haqda məlumatı Azərbaycan mediasından oxuyub və bu ölkədə özünü çox güvənli hiss edir.

Yada salaq ki, yanvar ayında Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda dini icmalardan birinin rəhbərinə qarşı sui-qəsd hazırlayaniki şəxsin - Gürcüstan vətəndaşlarıAqil Aslanovilə Azərbaycan vətəndaşıCeyhun İsmayılovunsaxlanıldığı haqqında məlumat yaymışdı.

Qəzet xatırladır ki, bu, İranın törətmək istədiyi sui-qəsdlərlə bağlı tək nümunə deyil. 2023-cü ildə Almaniya Prokurorluğu İranı sinaqoqlara və yəhudi məktəblərinə hücum təşkil etmək üçün yerli kriminaldan yararlanmaq cəhdində ittiham etmişdi. 2024-cü ilin martında Peru polisi İranın Qüds qüvvələrini təmsil edən şəxsi İsrail vətəndaşına sui-qəsd cəhdinə görə saxlamışdı. Ötən ay isə Nyu-York məhkəməsiRafat ƏmirovPolad Ömərovadlı iki şəxsi iran mənşəli amerikalı jurnalist və ictimai fəal Məsih Əlinecatı öldürmək istədiklərinə görə həbs edib.

Məsih Əlinecat

Rusiyadakı mütəşəkkil cinayətkar dəstələri ilə əlaqəsi olan bu iki şəxs jurnalisti Bruklindəki evində öldürməyə görə İslam İnqilabının Keşikçiləri Korpusundan $500,000 alacaqmışlar. Məsih Əlinecatı İranda insan haqları ilə bağlı fəal çıxışlar edir və hicab məcburiyyətini pisləyir, iranlı qadınları hicabsız şəkillərini paylaşmağa çağırır.

Tariyel Həsənov
AzVision.az
Seçilən
89
azvision.az

1Mənbələr