
“Roma”nın 36 yaşlı mərkəz müdafiəçisi Mats Hummels cari mövsümün sonunda karyerasını başa vuracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
“Son. Nə səyahət idi! Təşəkkür edirəm”, - Hummels yazıb.
Qeyd edək ki, idmançı karyerası ərzində “Borussia”, “Bayern” və “Roma” kimi klublarda çıxış edib. 36 yaşlı müdafiəçi “Borussiya”nın heyətində ən çox oyun keçirib - 508. Bu oyunlarda o, 38 qol vurub, 23 məhsuldar ötürmə edib.
Karyerası ərzində Hummels beş dəfə Almaniya çempionluğunu qazanıb: iki dəfə “Bamblebees”lə və üç dəfə “Bavariya” ilə. Futbolçu həmçinin üç dəfə Almaniya kubokunu və beş dəfə Almaniya Superkubokunu qazanıb. 2014-cü ildə Hummels Almaniya millisi ilə dünya çempionatının qalibi olub.