Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov şərəfini qoruduğu "Radomyak"ın heyətində bu gün 5-ci matçına çıxır. 

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu Polşa Ekstraklasasının XXVII turu çərçivəsində "Zaqlebye"yə qarşı forma geyinəcək.

Həmyerlimiz autsayderlə oyunda start heyətdə yer alıb. Yığmamızın digər üzvü Rahil Məmmədovun adı isə heç protokola düşməyib.

Fərəhli haldır ki, R.Dadaşovun bu ilin fevralında "Radomyak"a transferindən sonra komanda uduzmayıb (3 qələbə, 1 məğlubiyyət). Hücumçumuz 4 oyunda 2 dəfə fərqlənib.

"Zaqlebye" ilə matç Bakı vaxtı ilə saat 16:45-də başlanacaq.

Ekstraklasa, XXVII

"Radomyak" - "Zablebye"