ABŞ-ın Virciniya ştatının Spotsilvaniya şəhərində ata və oğul balıq tutarkən ölüb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti polisə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 37 yaşlı kişi altı yaşlı oğlu ilə balıq tutmağa gedib, lakin bir neçə saatdan sonra onlarla əlaqə kəsilib. Bundan sonra kişinin həyat yoldaşı polisə müraciət edib. Polis əməkdaşları qayıq limanına getdikdə orada heç kimi tapmayıblar. Daha sonra dalğıclar suyun dibini yoxlayıb və iki cəsədi sahilə çıxarıblar.
Məlumatlarda bildirilir ki, oğlan estakadadan çaya yıxılsa da çətinliklə balıq tutmağa müvəffəq olub. Atası isə uşağı xilas etmək üçün onun ardınca suya atılıb, lakin hər ikisi faciəvi şəkildə boğularaq ölüb.