AZ

Badalyandan növbəti həyasız yalan

“Ermənistan 2021-ci ilin 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində birtərəfli qaydada Azərbaycana 972 mina sahəsi xəritəsini ilkin şərt irəli sürmədən təqdim edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan minalanmış ərazilərin xəritələrinin Azərbaycana tam təqdim edilməməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.“Bundan başqa, Ermənistan humanitar məsələlərdə əməkdaşlıq prinsiplərinə sadiq qalaraq, 2024-cü ilin əvvəlində araşdırmalar apararaq yeni mina sahələri xəritələrini tərtib edib və Azərbaycana təhvil verib.

Bizim dəfələrlə daha yaxşı və ya daha dəqiq xəritələrin olmadığı barədə açıqlamalarımıza baxmayaraq, Azərbaycan bu xəritələrin düzgünlüyünü ardıcıl olaraq şübhə altına alıb.Ermənistan əvvəllər olduğu kimi indi də beynəlxalq ekspertləri cəlb etməklə bu xəritələrin düzgünlüyünü yoxlamağa hazırdır”, - deyə Badalyan bildirib.

Seçilən
43
cebheinfo.az

1Mənbələr