AZ

“Gəncə” öz meydanında UDUZDU

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVIII tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.

Yeganə qarşılaşma Gəncədə baş tutub. “Gəncə” “Murov Az Terminal”la üz-üzə gəlib. Dörd setlik mübarizədə qonaqlar qələbəyə seviniblər – 3:1.

Qeyd edək ki, turun ilk günündə “Abşeron” “Milli Aviasiya Akademiyası”na, “Azərreyl” isə UNEC-ə eyni - 3:0 hesabı ilə qalib gəlib.

Yüksək Liqa (qadınlar)

XVIII tur

5 aprel

14:00. “Gəncə” - “Murov Az Terminal” – 1:3 (15:25, 25:22, 22:25, 26:28)

Gəncə İdman sarayı

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
146
bizim.media

1Mənbələr