Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan beynəlxalq Final Universitetinin rektoru, professor Orxan Gemikonaklının akademik görüşləri davam edir.
Newscenter.az Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinə istinadən bildirir ki, aprelin 5-də rektor Orxan Gemikonaklı və sözügedən cəmiyyətin sədri Orxan Həsənoğlu Azərbaycan Parlamentinin təhsil komissiyasının sədri Anar İsgəndərov, komitə üzvü, ADA Universitetinin rektor köməkçisi Fariz İsmayılzadə və millət vəkili Mehriban Vəliyeva ilə görüşüblər.
Görüş zamanı Azərbaycanla Kuzey Kıbrıs arasında akademik işbirliyi sahəsində fikir mübadiləsi aparılıb, bu istiqamətdə mövcud imkanlar dəyərləndirilib.
Süleyman