AZ

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Cari ilin ilk ayında Azərbaycana Qazaxıstan, Rusiya və Türkiyədən toplamda 156.93 ton marqarin (maye marqarindən başqa) gətirilib. 

Valyuta.Az xəbər verir ki, idxal olunun marqarinin 1 kq-nin ortalama qiyməti təxminən 1.40 dollar və ya 2.38 manat olub. 

Məlumata əsasən, idxalın 114.58 tonu Rusiyadan, 39.35 tonu Qazaxıstandan, 3 tonu isə Türkiyədən olub. 

Rusiyadan idxal olunan marqarinin 1 kq-si təxminən 1.40 dollar və ya 2.38 manat, Qazaxıstandan idxal olunan üçün 1.44 dollar və ya 2.44 manat, Türkiyədən idxal olunan üçün isə 1.15 dollar və ya 1.96 manat olub. 

Qeyd edək ki, sözügedən dövrdə Azərbaycandan da marqarin ixracı həyata keçirilib. Belə 1 ayda Gürcüstana 82.13 marqarin ixrac olunub ki, bunun 1 kq-nin ortalama qiyməti təxminən 1.75 dollar və ya 2.97 manat olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə həm idxal olunan, həm də ixrac olunan marqarinin miqdarında azalma baş verib. Belə ki, ötən ilin eyni ayında Azərbancdan 219.81 ton ixrac, Azərbaycana isə 111.9 ton idxal həyata keçirilib. 

İdxal Belarus və Rusiyadan, ixrac isə Gürcüstana olub. 1 kq-si Belarusdan təxminən 2.50 dollar və ya 4.25 manata, Rusiyadan isə 1.14 dollar və ya 1.94 manata idxal olunub.

Gürcüstana ixrac olunan marqarinin 1 kq-nin ortalama qiyməti isə 1.54 dollar və ya 2.61 manat olub. 

Rəhim

Seçilən
34
valyuta.az

1Mənbələr