"The Washington Post" nəşri 2025-ci ilin yanvar ayında Azərbaycanda Yəhudi icmasının sədrini öldürmək cəhdi barədə yazıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, nəşr Azərbaycanın təhlükəsizlik xidmətlərinin təmsilçilərinə istinad edib.
Məqalədə deyilir ki, Azərbaycan rəsmiləri baş verən hadisənin İran tərəfindən tez-tez təşkil edilən sui-qəsdlərdən biri hesab edirlər.
Nəşr yazır: "Qərb və Yaxın Şərq təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, payızda İranın "Qüds" Xüsusi Qüvvələrinin zabiti Gürcüstandan olan narkotik taciri Aqil Aslanovla görüşüb.
Rəsmilər bildiriblər ki, İran zabiti narkotacir Aqil Aslanova Azərbaycanın tanınmış yəhudi xadiminin fotosunu vereib və onun törətməli olduğu qətllə bağlı ətraflı təlimatlandırıb. Adları açqılanmayan rəsmilərin dediyinə görə, Aslanov Yəhudi icmasının rəhbəri Şneor Seqalı 200.000 dollar əvəzində öldürməyə razılaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.