Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” komandası Polşa çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, 28-ci turda "Zaqlembe" ilə qarşılaşan Radom təmsilçisi 0:1 hesablı məğlubiyyətə üzülüb.
Start heyətdə meydana buraxılmış Renat 82-ci dəqiqədə əvəzlənib. Rahilin adı isə iştirak ərizəsinə salınmayıb.
“Radomyak” hazırda ölkə çempionatında 34 xalla 11-ci sırada yer alıb.