Amerikadakı diaspor Bakıya qarşı yeni sanksiyaların tətbiqinə cəhd edir; Tramp dönəmində bu, mümkündürmü?
ABŞ-da yaşayan erməni diasporunun fəalları Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün konqresmenlərlə görüşü davam etdirirlər. Bu barədə erməni mediası məlumat yayıb (Axar.az). Bildirilib ki, onlar “etnik təmizləmə”yə görə ölkəmizin “məsuliyyətə cəlb edilməsi üçün” bir aylıq kampaniya çərçivəsində konqresmen Tom Kin ilə görüşüblər. Fəallar Qarabağdan könüllü köçən ermənilərin sayını da şişirdərək, artıq 150 minə çatdırıblar və Azərbaycan rəsmilərinə qarşı “Maqnitski Aktı”nın tətbiqini xahiş ediblər. Tramp dönəmində bu cəhdlərin hansısa nəticəsi mümkündürmü? Rəsmi Bakı hansı önləyici addımları atmalıdır?
Rəşad Bayramov