Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8295 nəfərə çatıb.
Referans.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Myanma səlahiyyətliləri 214 nəfərin hələ də itkin düşdüyünü bildiriblər.
Xatırladaq ki, martın sonunda Myanmada maksimum 7,7 bal gücündə silsilə güclü zəlzələlər baş verib. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub.
Myanmada baş verən zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət İrravadi çayı üzərindəki körpünün uçmasına və Mandalaydakı tarixi sarayın qismən dağılmasına səbəb olub. Myanma hakimiyyəti fövqəladə vəziyyət elan edib.
Banqkokda göydələnlər yellənməyə başlayıb və damdakı hovuzlardan su tökülüb. Həmçinin şəhərin rayonlarından birində tikintisi başa çatmamış hündürmərtəbəli bina uçub./publika.az