AZ

Renat oynadı, komandası məğlub oldu

Polşa Ekstraklasasında XXVII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun şərəfini qoruduğu “Radomiak” evdə “Zaqlebi”ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

Rahil matçın iştirak ərizəsində yer almayıb. Renat isə meydana start heyətində çıxıb və 82-ci dəqiqədə Rafael Barbosa ilə əvəzlənib.

Aktivində 34 xalı olan “Radomiak” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

phrase_var_article.chosen
167
futbolpress.az

1phrase_var_article.sources