AZ

Maskdan XƏBƏRDARLIQ: "Avropada terror hücumları olacaq" - VİDEO

Amerikalı milyarder İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə İtaliyada hakim koalisiyaya daxil olan Liqa partiyasının Florensiyada keçirilən qurultayında videobağlantı vasitəsilə qoşularaq danışıb.

"Terrorizm Avropada kütləvi qətllərə səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır, çünki İtaliyada və bütövlükdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik. Və media bu cür hücumların təhlükəsini boğmağa çalışır.

Biz Avropada kütləvi qətllərin şahidi olacağıq. Bu tendensiyadır", – deyə “Corriere della Sera” qəzeti Maskdan sitat gətirib.


Bizim.Media

Seçilən
167
18
bizim.media

10Mənbələr