Polşa çempionatında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Radomyak”ının heyətində Ekstraklasada növbəti oyununu keçirib.
Sözügedən kollektiv "Radomyak" öz meydanında “Zaqlembe” ilə qarşılaşıb və matçdan məğlub ayrılıb - 0:1.
Start heyətdə meydana çıxan Dadaşov 82-ci dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Radomyak" 34 xalla 18 komanda arasında 11-ci pillədə yer alıb.
Qeyd edək ki, Renat Dadaşov qış transfer pəncərəsində Türkiyənin “Ankaragücü” klubundan “Radomyak”a keçib. O, yeni klubundakı 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.