AZ

Səmada qorxu dolu anlar: Türkiyədə təyyarəni ildırım vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə "Pegasus" aviaşirkətinə məxsus, İstanbul-Bodrum reysi ilə uçan təyyarə Bodrumun Milas hava limanına eniş edə bilməyib və Dalaman hava limanına istiqamətləndirilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, hava şəraiti yaxşılaşdıqdan sonra yenidən Bodruma uçan təyyarəni ildırım vurub. Lakin təyyarə heç bir problem olmadan eniş edib və texniki qruplar tərəfindən aparılan müayinədə heç bir fəsad aşkar edilməyib.
Egey bölgəsindəki əlverişsiz hava şəraiti uçuşlara mənfi təsir göstərsə də, "Pegasus" təyyarəsi təhlükəsiz şəkildə Dalaman hava limanına eniş edib. Daha sonra hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Bodruma yola düşüb.
Seçilən
51
5
oxu.az

6Mənbələr