AZ

"Rusiya uçuruma yuvarlanır": ədəbiyyat mükafatı laureatı

"Biz son illər Rusiyada azadlıq və insanlığın necə sürətlə yoxa çıxdığının şahidləriyik..."
 
Almaniyada Peter Xuxel adına ədəbiyyat mükafatı yazıçı və şair Olga Martınovaya təqdim edilib. O, insanlığa və totalitarizmə qarşı xəbərdarlıq edir.
 
Moderator.az xəbər verir ki, bu barədə   məlumat yayıb.
 
Rusiya əsilli və Almaniyada yaşayan Olga Martınova aprelin 3-də almandilli ölkələrdə ən nüfuzlu ədəbiyyat mükafatlarından biri olan Peter Xuxel mükafatını qazanıb. Mükafatın pul məbləği 15 min avro təşkil edir.
 
Onun "Such nach dem Namen des Windes" ("Küləyin adının axtarışında") adlı şeirlər toplusu 2024-cü ilin ən seçilən yeni nəşri hesab edilib.
 
Peter Xuxel (1903-1981) alman şairi olub. Bu mükafat onun xatirəsinə təsis edilib. Xuxel 1970-ci illərdə Şərqi Almaniyada təqiblərə məruz qalıb və qərbə köçməyə məcbur olub. Ömrünün son illərini Ştaufen (Yuxarı Şvartsvald) şəhərində keçirib.
 
Mükafatın təqdim olunması mərasimində şairə və yazıçı insanlığa və totalitarizmə qarşı mübarizə aparmağa çağırıb. "Son illər Rusiyada azadlıq və insanlığın necə sürətlə itirildiyinin, ölkənin necə uçuruma yuvarlandığının şahidləri olmuşuq", - Olga Martınova mükafatı alarkən bildirib.
 
Peter Xuxel adına mükafatın laureatı demokratiya və azadlıq çağırışı edib. Təntənəli mərasimdə o, totalitarizmə yol açan "zəiflərə və məzlumlara qarşı atılan kiçik addımların təhlükəsi" ilə bağlı xəbərdarlıq edib.
 
"Küləyin adının axtarışında" adlı şeir toplusu şeir vasitəsilə ağrılarla necə işləmək olduğunu göstərir. "Hətta gerçəkdə qayıdışı olmayan bir vəziyyət qarşısında Martınovanın şeirləri sentimental olmayan, dəqiq bir dildə - incə ironiya və həyatsevərliklə danışır", - mükafat komitəsi belə qiymətləndirib.
 
Olga Martınova artıq bir neçə dəfə nüfuzlu mükafatlar qazanıb. Onun çoxsaylı mükafatları arasında 2015-ci ildə aldığı Berlin ədəbiyyat mükafatı və 2012-ci ildə aldığı Inqeborg Baxman mükafatı var.
 
Onun "Bizdən sonra hətta tutuquşular da sağ qalacaq" debüt romanı 2010-cu ildə Almaniyanın "Buker" analoqu olan uzun siyahıya daxil edilib. Peter Xuxel adına mükafatın əvvəlki laureatları arasında 1984-cü ildən bəri alman şairləri Elke Erb, Yudit Sander, yazıçı və şair Tomas Klinq, avstriyalı yazıçı Frederika Mayröckker də var.
Seçilən
178
1
moderator.az

2Mənbələr