AZ

"Budilnik"dən əvvəl oyanırsınızsa, diqqət - Səbəbi çox fərqli ola bilər

"Budilnik"dən əvvəl oyanırsınızsa, diqqət -

Əgər zəngli saat çalmadan oyanırsınızsa, bunun səbəbi sadəcə bioloji saatınız deyil.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, psixoneuroimmunologiya və qidalanma mütəxəssisi Xevi Verdaguer bildirir ki, bu halın arxasında susuzluq və stres hormonu kortizolun rolu var.

Bədən gecə boyu nəfəs alma, tərləmə və digər proseslər nəticəsində su itirir. Bu isə susuzluğa, nəticədə isə yuxunun pozulmasına səbəb ola bilər. Susuzluq kortizol səviyyəsinin artmasına gətirib çıxarır ki, bu da vaxtından əvvəl oyanmanı tetiklər.

Əgər gecə tez-tez oyanırsınızsa və xüsusilə susuzluq hiss edirsinizsə, bu, bədənin siqnalı ola bilər. Verdaguerin tövsiyəsinə görə, yatmazdan əvvəl çox su içmək əvəzinə axşam yeməyinizə su ilə zəngin qidalar (meyvə, tərəvəz və s.) daxil etmək daha faydalıdır.

Qısacası, zəngli saatdan əvvəl oyanma bəzən sadəcə psixoloji deyil, bədəninizin su balansı ilə də bağlıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
29
e-saglam.az

1Mənbələr