AZ

Türkiyəyə məxsus sərnişin təyyarəsini İLDIRIM VURDU - VİDEO

Türkiyənin "Pegasus Hava Yolları"na məxsus təyyarəsində qorxulu anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, təyyarə Bodruma uçuş edən zaman hava şəraiti anidən pisləşib.

Belə ki, Sabiha Gökçen-Bodrum reysini həyata keçirən “Pegasus” təyyarəsi əlverişsiz hava şəraitindən Bodrum Milas Hava Limanına enə bilməyib və Dalaman Hava Limanına istiqamətləndirilib.

Hava şəraiti yaxşılaşdıqdan sonra Bodrum uçuşunu tamamlamaq üçün havaya qalxan təyyarəni bu dəfə ildırım vurub. Xoşbəxtlikdən təyyarə problemsiz yerə eniş edib.


Bizim.Media

Seçilən
146
bizim.media

1Mənbələr