Lənkəranda keçirilən toy mərasimi gözlənilmədən faciəyə çevrilib.
Referans.az bildirir ki, Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonunun Qarayar kənd sakini, 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov bacısı qızının toyuna qatılmaq üçün Lənkərana yollanıb.
Mərasim zamanı o, qəfildən özünü narahat hiss edib və yaxınlarından onu aptekə aparmalarını istəyib.
Aptekdən aldığı dərmanı qəbul etdikdən sonra vəziyyəti daha da ağırlaşıb.
Dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılan Səyyad Yaqubova həkimlər tərəfindən ürək dayanması – kardiak arrest diaqnozu qoyulub.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Səyyad Yaqubovun nəşi ailəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.